​ABŞ qırıcılarını dəhşətli silahla təchiz edir

ABŞ Hərbi Hava Qüvvələri 2021-ci ilə qədər lazer silahlarla təchiz edilmiş təyyarələrini sınaqdan keçirəcək.
Bu barədə informasiyanı “Lokhid Martin” şirkətinin mətbuat xidməti yayıb. Şirkət Vaşinqtonun bu təyyarələrin hazırlanmasının sifarişinin onlara verildiyini bildirib.
Sifarişin həcmi 26,3 milyon dollardır.
Qeyd edək ki, ABŞ iyul ayında Fars körfəzində lazer silahını sınaqdan çıxarmışdı.