ABŞ-dan RƏSMİ XƏBƏRDARLIQ: Türkiyənin bu bölgələrinə getməyin

Baxış sayı:
265

Türkiyənin Batman, Bingöl, Bitlis, Diyarbəkir, Qaziantep, Hakkari, Hatay, Kilis, Mardin, Şanlıurfa, Siirt, Şırnak, Tunceli və Van bölgələri xarici turistlərin səyahəti üçün təhlükəlidir.
Muxalifet.az
xəbər verir ki, bunu ABŞ Dövlət Departamenti bəyan edib.
Departament ABŞ vətəndaşlarına sözügedən bölgələrə səyahət etməməyi tövsiyə edib. Buna səbəb olaraq terrorizm və təhlükəsizlik qüvvələrinin istədiyi formada insanları həbs etməsi göstərilib. Bildirilib ki, burada terrorçu qruplaşmalar alış-veriş mərkəzləri, yerli hökumət binaları, hotellər, klublar, yeməkxanalar, ibadət yerləri, parklar, idman və mədəni mərkəzlər, təhsil binaları, hava limanları və digər ictimai məkanları hədəf kimi seçir.
Bundan başqa, həmin regionlarda təhlükəsiz qüvvələri, adətən, siyasi məqsədlər üçün, heç bir səbəb göstərmədən hər kəsi polis nəzarətində saxlaya, həbs edə bilir.
Qeyd edək ki, sözgedən bölgələr Türkiyənin Suriya və İraqla sərhədində yerləşir.