ABŞ-da iki azərbaycanlı koronavirusdan vəfat etdi

Baxış sayı:
268

ABŞ-ın Texas ştatının Hyuston şəhərində iki azərbaycanlı koronavirusdan (COVID-19) dünyasını dəyişib. "Report"un ABŞ bürosunun məlumatına görə, bunlar Rusiya vətəndaşları, əslən Azərbaycanın Quba rayonundan olan 1960-cı il təvəllüdlü Rəsulova Ruqiyyə Ramiz qızı və onun qızı Canıyeva Ruslana Tofiq qızıdır.

R.Rəsulova 10 gün əvvəl COVID-19 diaqnozu ilə klinikaya yerləşdirilib və ötən gün dünyasını dəyişib. R.Canıyeva isə iki gün əvvəl özünü pis hiss edib. Onun koronavirus testinin nəticəsi müsbət olub. R.Canıyeva bu gün vəfat edib.

Hər iki azərbaycanlı xüsusi karantin qaydaları ilə Hyustonda dəfn olunacaqlar.