AAAF Park yenə qaranlığa qərq oldu - SAKİNLƏR ETİRAZA QALXDI

Baxış sayı:
211

Xırdalan şəhərində yerləşən AAAF Park Yaşayış Kompleksində 12 saatdır ki, elektrik enerjisi verilmir.

Sakinlərdən “Qafqazinfo”ya daxil olan şikayətlərə əsasən, ötən ayın əvvəllərindən davam edən problem hələ də həllini tapmayıb. Bu səbəbdən sakinlər kompleksin önünə toplaşaraq etirazlarını bildirirlər. Dünən saat 00:00-dan binaların bəzilərində kəsilən elektrik enerjisi gecə yarısı qısa müddətlik bərpa edilsə də, bu gün səhər saatlarından işıqlar yenidən sönüb. Sakinlərin sözlərinə görə, binalara istilik və qaz verilmədiyindən evlərdə yaşayış mümkün deyil. Bu problemin hər il təkrar olunduğu bildirilib.

Sakinlər bildirirlər ki, şirkət problemə səbəb kimi əhalinin borcu yarandığını göstərsə də, məsələnin kökündə istilik sisteminin işləməməsi və binaların qazlaşdırılmaması səbəbindən elektrik xətlərində yaranan yüklənmə dayanır.

Xatırladaq ki, ötən ay AAAF Park Yaşayış Kompleksindən verilən açıqlamada elektrik enerjisinin fasiləsiz təminatı üçün “Azərenerji” ASC-yə təhvil-təslim prosesi getdiyini və problemin noyabrın sonunadək həll olunacağı vəd edilmişdi.