​Zurabişvilinin açıqlamasına Rusiyadan SƏRT REAKSİYA – “Gürcüstan belə bir hakimiyyətlə çətin ki...”

Baxış sayı:
4861

Rusiyalı senator Aleksey Puşkov Gürcüstanın yeni prezidenti Salome Zurabişvilinin Rusiya ilə dostluq vaxtının hələ yetişməməsi barədə fikirlərinə münasibət bildirib.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Puşkov Tvitter hesabında yazıb.
“O, əbəs yerə hesab edir ki, həmin vaxtı Tiflis təyin edəcək”, - Puşkov bildirib.
Senatorun fikrincə, Rusiya aparıcı dünya dövlətləri ilə münasibətlərdə yeni sistemi yaradır və Gürcüstan “belə bir hakimiyyət”lə çətin ki, Moskva üçün prioritet təşkil etsin.
Qeyd edək ki, Salome Zurabişvili Tiflis və Moskva arasında əməkdaşlıq üçün lazımi zamanın hələ yetişmədiyini açıqlamışdı.