Paris niyə Ukraynaya kömək edir? - TƏHLİL

Baxış sayı:
10005

Fransız-rus “soyuq müharibə”sinin küləkləri Kiyevə tərəf əsir…
Rusiya ilə Fransa arasında “soyuq müharibə” qızışır. Paris Ukrayna münaqişəsinə getdikcə daha çox cəlb olunur, Kiyevi silah və yüksək ixtisaslı peşəkar muzdlu döyüşçülərlə təmin edir. Maraqlısı budur ki, Paris son zamanlar bunu etiraf etməkdən çəkinmir. Bu, Fransanın Afrikadakı rəqabətə görə Rusiyaya qarşı bəslədiyi düşmənçiliklə izah olunur.
Yanvarın 16-da axşam saatlarında Rusiya silahlı qüvvələri əsasən fransızlardan ibarət avropalı muzdlu döyüşçülərin olduğu Ukrayna hərbi qərargahına raket zərbəsi endirdi. Daha sonra rus mənbələri bildirdilər ki, zərbənin nişangahında fransız muzdluları hədəfə alınıb və zərbə ən azı 80 itki ilə nəticələnib, onlardan 60-I, yaxud daha çoxu həlak olub. Rusiya dövlət mediası bildirib ki, bunlar orta səviyyəli ukraynalı əsgər üçün çox mürəkkəb xüsusi silah sistemləri ilə işləyən yüksək təlim keçmiş peşəkar mütəxəssislərdir və onları əvəz edəcək yeni mütəxəssislər gələnə qədər Ukrayna arsenalındakı ən ölümcül və uzaq mənzilli silahlardan bəzilərini sıradan çıxaracaqlar.
Bu bəyanatlar analitiklər arasında ortaq məxrəcə gəlinmiş o fikri təsdiqləyir ki, Ukrayna Silahlı Qüvvələri neçə illik təlim tələb edən əhəmiyyətli miqdarda mürəkkəb Qərb silahlarını tətbiq edərkən, bu avadanlıqla işləmək üçün Qərb dünyasının hər yerindən hərbi müzdlu orduların peşəkar hərbi mütəxəssislərindən mühüm kömək aldı. Əsas nümunə Amerikanın MIM-104 Patriot hava hücumundan müdafiə sistemidir. Belə inanırdılar ki, Ukrayna personalı onu 2024-cü ildən tez mənimsəyəcək, lakin qurğu 2023-cü ilin əvvəlində ölkədə fəaliyyətə başladı. Bunu ancaq xarici kadrların Ukrayna ordusundakı ilə izah etmək olar.
2022-ci ilin fevralında Rusiyanın tammiqyaslı xüsusi əməliyyatı başlayandan bəri xarici döyüşçülər mütəmadi olaraq Rusiya qüvvələrinin hədəfinə çevrilir. İlk belə hadisələrdən biri 2022-ci il martın 13-də 1000-ə yaxın əcnəbi döyüşçünün yerləşdiyi Polşa sərhədindən 15 kilometrdən az məsafədə yerləşən Yavorov hərbi poliqonuna vurulan və 180-ə yaxın insanın ölümü ilə bitən zərbədir.
Digər bir misal 2023-cü il aprelin sonlarında “İsgəndər-M” ballistik raketlərinin Gürcüstan legionunun əcnəbi qırıcılarına endirdiyi zərbə idi ki, nəticədə 15 avtomobil məhv edildi, 60-a qədər insan həlak oldu, 20-dən çox insan isə ağır yaralandı.
Rusiya mənbələri bildirirlər ki, Ukrayna Silahlı Qüvvələrinin sıralarında kadr çatışmazlığı pisləşdikcə, 2023-cü ilin sonundan həlak olan çoxsaylı ukraynalı mütəxəssislərin yerinə “xüsusi bacarıqlara malik yüksək ixtisaslı muzdlular” axını baş verib. Fransa uzun müddət Qərbi Avropa dövlətləri arasında muzdlu döyüşçülərin aparıcı qaynağı olmuşdur. Belə ki, “soyuq müharibə”nin ilk illərindən fransız döyüşçüləri Qərb blokunun maraqlarını müdafiə edərək, xüsusilə Afrikada çoxsaylı münaqişələrdə mühüm rol oynayıblar.
Respublikaçıların əlavə xərclərə qarşı çıxması səbəbindən Birləşmiş Ştatların Ukraynaya əlavə hərbi yardımı dayandırması və Almaniyanın Ukrayna Hərbi Hava Qüvvələrinə yeni qanadlı raketlərin verilməsini təsdiqləməkdən imtina etməsi ilə Fransanın münaqişədəki rolu getdikcə artır. Xüsusilə, Paris Kiyevə “Scalp” qanadlı raketlərinin tədarükünü genişləndirdi və gələn həftə çatdırılacaq “bir neçə yüz” bombanın təhvil veriləcəyini açıqladı. Eyni zamanda, Fransa prezidenti Emanuel Makron bildirib ki, Paris Kiyevə rəsmi təhlükəsizlik zəmanəti verə bilər, çünki döyüş meydanında vəziyyət Qərbin maraqları üçün getdikcə daha az əlverişli görünür.
Rusiya həmçinin regiondakı keçmiş Fransa müstəmləkələrində bir sıra çevrilişlərdən sonra yeni hərbi hökumətləri dəstəkləyərək, Fransanın özünün ən mühüm xarici təsir dairəsində - Qərbi və Mərkəzi Afrikada təsirini sarsıtmaqda mühüm rol oynadı. Eyni zamanda, Moskva təkcə iqtisadi əlaqələri genişləndirmir, həm də muzdlu döyüşçülərin iştirakı ilə hərbi dəstək verir, kadr hazırlayır və təhlükəsizliyi gücləndirir. Bu, Fransanın öz təsirini gücləndirməsini çətinləşdirdi və bölgədə fransızdilli hökumətlərin güc yolu ilə bərpasına mane oldu. Afrikadakı keçmiş müstəmləkələri ilə əlaqələri ölkənin iqtisadi sağlamlığı üçün kritik əhəmiyyət kəsb etdiyinə görə, Fransanın Ukraynadakı hərbi kampaniyanı dəstəkləməyə hədsiz hazırlığı bir sıra analitiklər tərəfindən strateji rəqabət nəticəsində Parisin Afrikada Moskva ilə xüsusilə düşmən münasibəti kontekstində şərh edilir.
Ülviyyə ŞÜKÜROVA