​“Zenit” klubu Azərbaycan millisinin futbolçusuna görə FIFA-ya ŞİKAYƏT ETDİ

Baxış sayı:
4306

Rusiyanın “Zenit” klubu Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevə görə Türkiyə təmsilçisi “Trabzonspor”dan FIFA-ya şikayət edib.
“Report” “TRT Spor”a istinadən xəbər verir ki, bu barədə Trabzon klubunun 73-cü Baş Assambleyasında məlumat verilib.
Şikayətə səbəb trabzonluların 22 yaşlı hücumçunu 2016-cı ilin iyununda təzminat ödəmədən heyətinə qatmasıdır. Sankt-Peterburq təmsilçisi öz yetirməsinə görə yetişdirmə haqqı tələb edir.
Qeyd edək ki, “Trabzonspor”da möhkəmlənə bilməyən R.Şeydayev 2017-ci ilin fevralında Slovakiyanın “Jilina”, ötən yay isə “Qarabağ”a icarəyə verilib. Ağdam təmsilçisində əsas heyətə düşə bilməyən forvard hələ də qol vura bilməyib.