Ronaldu “Instagram”da hər paylaşımına görə sərvət qazanır

Baxış sayı:
57219

Turinin “Yuventus” klubunun və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu “Instagram” sosial şəbəkəsində hər paylaşımına görə 1,35 milyon avro qazanır.

Bu barədə BBC məlumat yayıb.

Portuqaliyalı sosial şəbəkənin ən dəyərli hesabına sahibdir. Həmçinin ən dəyərli hesablar siyahısında Lionel Messinin də adı var. Argentinalı siyahıda yeddinci pillədədir və hər paylaşıma görə 0,93 milyon avro qazanır.