Aydın Ağabəyov növbəti çempionatlara lisenziya qazandı - FOTO

Baxış sayı:
23990

Aydın Ağabəyov Portuqaliyanın Albufeire şəhərində keçirilən kikboksinq üzrə dünya çempionatında iştirak edib.
Muxalifet.az xəbər verir ki, Portuqaliyanın Albufeira şəhərində 17-26.11.2023-cü tarixlərində WAKO təqviminə uyğun olaraq kikboksinq üzrə dünya cempionatı keçirilib.
Yarışda Azərbaycan Kikboksinq Federasiyasının hakimlər kollegiyasının müavini, beynəlxalq “A” dərəcəli hakim Aydın Ağabəyov da ədalət təmsilçisi kimi dəvət edilib.
Aydın Ağabəyov yarışın final döyüşlərini idarə edib və WAKO yarışın seçilmiş hakimi kimi növbəti çempionatlara lisenziya qazanıb.
Qeyd edək ki, bu çempionatda Azərbaycan Kikboqsinq Federasiyasının komandası rinq döyuşlərində 70 ölkə arasında 6-cı yeri qazanıblar.

Muxalifet.az