"Yuventus" hücumçusu ilə yeni müqavilə imzalayacaq

Baxış sayı:
2090

"Yuventus"un hücumçusu Mario Mandzukiç Turin klubundan ayrılmayacaq.

Muxalifet.az goal.az-a istinadən xəbər verir ki, xorvatiyalı futbolçu "qoca sinyora" ilə müqaviləsinin müddətini uzatmağa yaxındır. Tərəflər arasında bir müddətdir davam edən danışıqlar yekunlaşmaq üzrədir. 32 yaşlı forvardın yaxın günlərdə İtaliya klubu ilə 2 illik sözləşmə imzalayacağı gözlənilir. Yeni anlaşmaya əsasən, onun illik maaşı 7,5 milyon avro olacaq.

Qeyd edək ki, Mandzukiçin hazırkı müqaviləsi 2020-ci ilə qədərdir və futbolçu ilinə 4,5 milyon avro qazanır.