YSK qərar verdi! Daha bir rayonda seçkilər ləğv edildi

Baxış sayı:
3520

Türkiyədə Ali Seçki Komissiyası Kırıkkalanın Kəskin rayonunda seçkinin yenidən keçirilməsinə qərar verib.
 
Kəskin tayonunda rəsmi olmayan seçki nəticələrinə görə, İYİ Partiyanın namizədi Necati Alsancak 1806 səs, AK Partiyanın namizədi Baba İldırım 1799 səs alıb.
 
SEÇKİLƏRİN YENİLƏNMƏSİNƏ QƏRAR VERİLİB
 
 7 səs fərqlə seçkini uduzan AK Partiya seçkidə saxtakarlıq olması səbəbilə YSK-ya müraciət edib. YSK Kəskində seçimin yenilənməsinə qərar verib.
Müxalifət.az