YPG/PKK Əsəd rejimi ilə BİRLƏŞMƏYƏ "YOX" dedi

Baxış sayı:
8497

Bəşər Əsəd rejimi və Rusiyanın “Sülh Çeşməsi” hərəkatında darmadağın olan YPG/PKK –ya Suriya dövlətinə tabe olmaq təklifinə baxmayaraq terror təşkilatı özünə təhlükəsizlik qarantiyasının verilmədiyin bəhanə edərək Rusiyanın bu təklifini qəbul etmədi.

Muxalifet.az "Hürriyet"ə istinadla bu barədə xəbər verir. Əsəd rejiminin “Səna” xəbər agentliyi Suriya müdafiə nazirliyinin “SDQ-yə “eyni sıralarda birləşmək” və rejim ordusunun tərkibinə daxil olmaq üçün müraciət etdiyini bildirib.
Terorçular isə internet səhifəsindən yaydığı açıqlamada, birləşmə prosesinin yalnız təşkilatı olduğu kimi qəbul etməklə siyasi cəhətdən həll edilə biləcəyini və rejimin davranışından narahat olduqları bəhanəsiylə təklifi qəbul etmədiklərini bildirdi.
Rejimin, terror birliyindən gələn “yox” cavabından sonra Rasulaynın cənub-şərqində “Sülh Çeşməsi” əməliyyatı bölgəsin yaxınlığında Tel Temirdən qüvvələri çəkib YPG/PKK terrorçularını tərk etdyi bildirildi.  
Həmçinin Rusiyanın YPG/PKK –ya Əsəd rejimi ilə birləşmək təklifi göndərdiyi, ancaq hələ müsbət cavab ala bilmədiyi məlum olub.
Muxalifet.az