YEVLAXDA SİLAHLI İNSİDENT - Keçmiş məhkum qətlə yetirildi
22-02-2019 10:18
Baxış sayı:
11404
Yevlax rayonunda silahlı insident nəticəsində 1 nəfər qətlə yetirilib.
Muxalifet.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Ərəbbəsrə kəndində qeydə alınıb.
Belə ki, kənd ərazisində yerləşən fermaların birində qarolçu işləyən, 1960-cı il təvəllüdlü Bəylər Tahir oğlu Qafarov işdə olan zamam naməlum şəxs və ya şəxslər tərəfindən odlu silahdan açılan atəş nəticəsində ölüb.
Qətlə yetirilmiş şəxs əvvəllər məhkumluq həyatı yaşayıb.
Faktla bağlı araşdırma aparılır.