Yakudza mafiyasının üzvləri necə yaşayır? - JURNALİST ARAŞDIRMASI

Baxış sayı:
7725

Yaponiyada mütəşəkkil cinayətkarlıq üzrə ekspert və tədqiqatlar aparan jurnalist Ceyk Adelşteynin yeni araşdırması üzə çıxıb. “Ölkə.Az” xəbər verir ki, başlanğıcı Meydzi dövründən başlayan cinayətkar qruplaşmaların əks tərəfi barədə yazı dərc edilib. Bu məqalə “Le Figaro” qəzetində dərc edilib. “Bu gün yakudza deyiləndə bədəni döymələrlə dolu, ən azı iki barmağı kəsilmiş kişilər nəzərdə tutulur. Realda isə biz cibində tapanca olan bankirlərlə rastlaşırıq”, - deyə Adelşteyn deyir. Ceyk Yaponiyanın “Yomiuri Shimbun” qəzetində çalışan ilk xarici jurnalist olub. Bundan əvvəl isə cinayət qruplaşmaları üzrə mütəxəssis olub. Yaponiya ən təhlükəsiz ölkələrdən biri sayılır. Burada sizə heç kəs heç nə edən deyil. Bunun əsas səbəblərindən biri də yakudzalardır. Digər mafiyalardan fərqli olaraq yakudzaların çox sərt qaydaları var və hər şey tam fərqlidir. Yaponiyadakı bütün məşhur 24 Yakudza qruplaşmaları klub kimi fəaliyyət göstərir. Bura asanlıqla qəbul olmaq olar. Bu zaman üzvlük haqqı ödənilməlidir. Əgər onlara təklif etməli nəyinizsə olsa, tezliklə qalxa bilərsiniz. Bundan başqa istədiyiniz var yakudza klubunu tərk edə bilərsiniz, bunun üçün barmağınızı kəsməyə ehtiyac yoxdur. Dünyada ən məşhur yakudza miflərindən biri də budur. Guya təşkilatı tərk edən bir barmağını kəsməlidir. Əslində isə bu adət samuraylar dövrünə gədər gedib çıxır. Döyüşçü kastası olan samuraylar min ildən çox ada dövlətini idarə ediblər. Samuray qılıncından istifadə zamanı çeçələ barmaq çox vacibdir. Bundan başqa, Yaponiyada siyasətlə mafiya bir-biri ilə əlaqəlidir. Gündoğar ölkənin Liberal-Demokrat partiyası bir çox hallarda yakudzalar tərəfindən maliyələşir. Hazırda baş nazir Sindzo Abe də bu partiyanın üzvüdür. Yaponiyada yakudzaların yoxa çıxması mümkünsüzdür. Yakudza üzvləri yeganə insanlardır ki, heç kəsin görmədiyi işə razılaşırlar. Məsələn, atom sənayesində onlar çalışırlar. Yaponiyada əgər yakudza döyməniz varsa, idman zalına yazıla bilməzsiniz. Amma elektrik stansiyasında problemsiz işə qəbul olunursunuz. Yakudzalar kibercinayətkarlığa da investisiya qoyurlar. Onlar dağılmırlar, görüntüləri dəyişir. Onlar yoxa çıxmırlar, daha ağıllı olurlar...