Xorvatiya 2:1 hesabı ilə Azərbaycan millisinə qalib gəldi
Xorvatiya və Azərbaycan yığmaları arasındakı futbol üzrə AVRO-2020-nin seçmə matçında hesab dəyişib.
Xorvatiya komandasının 9 nömrəli oyunçusu Andrej Kramaric qarşılaşmanın 79-cu dəqiqəsində komandasını hesabda irəli çıxarıb - 2:1
Oyun elə bu hesabla da başa çatıb.
****
Xorvatiya və Azərbaycan yığmaları arasındakı futbol üzrə AVRO-2020-nin seçmə matçında hesab bərabərləşib.
Borna Barişiç matçın 44-cü dəqiqəsində hesabı bərabərləçşdirib - 1:1.
****
Zaqrebdə Xorvatiya və Azərbaycan milli komandaları arasında futbol üzrə AVRO-2020-nin seçmə oyununda hesab açılıb.
Azərbaycan yığmasının oyunçusu Ramil Şeydayev qarşılaşmanın 19-cu dəqiqəsində hesabı açıb: 1:0
****
Zaqrebdə Xorvatiya və Azərbaycan milli komandaları arasında futbol üzrə AVRO-2020-nin seçmə oyunu başlayıb.
"Report"un matça ezam olunmuş əməkdaşı xəbər verir ki, E qrupunun görüşü "Maksimir" stadionunda keçirilir.