Voleybolçumuz Avropa çempionatının "arzular komandası"na düşüb

Azərbaycan voleybolçusu çempionatın ən yaxşı liberosu sayılıb
 
Azərbaycanın qadın voleybolçusu Valeriya Məmmədova Avropa çempionatının "arzular komandası"na düşüb.
33 yaşlı idmançı Azərbaycanda və Gürcüstanda keçirilmiş çempionatın ən yaxşı liberosu sayılıb.
Rəmzi komandada ümumilikdə 8 voleybolçu yer alıb. Onlardan hərəyə 3-ü çempion Serbiya ilə finalçı Hollandiyanı təmsil edib. Daha bir voleybolçu isə bürünc mükafatçı olan Türkiyə millisinin üzvüdür.
Azərbaycan millisi Avropa çempionatında 4-cü yeri tutub.