​Üzeyir Qırğızıstanda bu cür QARŞILANDI: “Hummer” markalı "Limuzin", rəqqaslar onun qarşısında... - Video

Baxış sayı:
2218

Tanınmış müğənni Üzeyir Mehdizadə Qırğızıstanın paytaxtı Bişkekdə konsert verəcək.
Muxalifet.az xəbər verir ki, o, bu münasibətlə həmin şəhərə yollanıb. İfaçı yerli kanala müsahibə verib.
Onun yad ölkədə təmtəraqla qarşılanması diqqətdən yayınmayıb. Belə ki, hava limanından Üzeyiri qaldığı otelə “Hummer” markalı "Limuzin"lə aparıblar. Həmçinin, rəqqaslar onun qarşısında rəqs də edib. Ona çiçəklər təqdim olunub.
Qeyd edək ki, sənətçi iki gün fərqli məkanda çıxış edəcək.