Ulduz furbolçu imicini dəyişdi - FOTOLAR

Baxış sayı:
605

PSJ-nin futbolçusu Neymar imicini dəyişib.

Qol.az-ın "Marca"ya istinadən yaydığı xəbərə görə, 27 yaşlı hücumçu saçlarını sarı rəngə boyadıb. O, yeni imici ilə Braziliyada Red Bull Neymar Jr's Five yarışında iştirak edib.

Braziliyalı oyunçunun sabah Parisə gedəcəyi, bazar ertəsi isə PSJ-nin məşqlərinə qatılacağı bildirilib.

Qeyd edək ki, Fransa klubunun məşqlərə vaxtına qayıtmayan Neymarı cərimələyəcəyi gözlənilir.