Ukraynalı ulduz Bakı səhnəsinə bu geyimdə çıxdı - FOTO

Baxış sayı:
2008

Ukraynalı müğənni Ani Lorak dünən Bakı Konqres Mərkəzində "Diva" adlı möhtəşəm yeni şou proqramı ilə çıxış edib. Publika.az xəbər verir ki, konsertdə hit mahnıları ilə yanaşı yeni ifalarını təqdim edən ulduz azərbaycanlı tamaşaçılara valehedici şouları ilə unudulmaz gecə yaşadıb. Ulduz qonaq etiraf edib ki, Bakı hər zaman qonaqpərvər atmosferin hökm sürdüyü və onun hər konsertdən sonra qayıtmaq istədiyi bir şəhərdir. Sadəcə ifaları ilə deyil, rəqsləri ilə də yadda qalan Ani Lorak gecədə 5 libas dəyişib. Səhnəyə bənövşəyi bodidə çıxan 40 yaşlı artistin cəlbedici obrazı xüsusi diqqət çəkib.