Ukrayna prezidenti Zelenski BƏYANAT verdi: Petrovskdan hərbi qüvvələr geri çəkiləcək

Baxış sayı:
8558

Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib ki, Donbassın Petrovski məntəqəsində 4 noyabrda silahlı qüvvələr təmas xətindən geri çəkiləcək. 
Muxalifet.az 
russian.rt-yə istinadla bu barədə məlumat verir.

Bu haqda o, NATO baş katibi Yens Stoltenberqlə görüşündən sonra keçirdiyi “Qromadske” kanalından yayımlanan brifinqdə bildirib.  
Zelenski, «Əgər bu həftə noyabrın 4-nə kimi sabitlik olarsa, Petrovskdan hərbi birliklərin çəkilməsinə başlanacaq”, deyə bildirib.
O həmçinin bəyan edib ki, normand formatının ölkə liderləri “əgər buna can atırlarsa” görüş baş tutmalıdır.
Onun sözlərinə görə “bu razılaşmanın əsas nəticəsi - müharibənin dayandırılmasıdır”.
Xatırladaq ki, 29 oktyabrda günorta vaxtı ATƏT-in də təsdiq etdiyi kimi Zolotoye qəsəbəsində silahlı qüvvələrin təmas xəttindən geri çəkilməsi prosesi başlayıb.
Muxalifet.az