​UEFA-dan PSJ-yə ŞOK CƏZA: ÇL-dən qovulacaq, Neymar və Mbappe isə...

Baxış sayı:
526

UEFA Fransanın “Paris Sen-Jermen” komandasını Çempionlar Liqasından kənarlaşdıra bilər.
Muxalifet.az xəbər verir ki, buna səbəb klubun “Finansal Fair Play” qaydalarını pozması və qanunsuzluqlar etməsidir.
"Futbol sızıntıları” (Football Leaks) adlı qanunsuzluq hesabatlarının ortaya çıxmasından UEFA PSJ-nin şübhələndiyi sponsorluq razılaşmalarını yenidən analiz etməyə başlayıb. Bununla birlikdə, ulduz futbolçular Neymar və Mbappe transferlərinin də yenidən araşdırılacağı bildirilib.
PSJ UEFA-nın “Finansal Fair Play” qaydalarına uyğunlaşması üçün əlindəki ulduzlardan birini satmaq məcburiyyətindədir.