“Türkiyənin əli çox güclüdür” - GÜCLÜER

Baxış sayı:
11113

Türkiyənin Suriyada meydançada və masada təşəbbüsü əlində saxladığını deyən Dr. Eray Güçlüer, "ABŞ ilə arası açılan PYD/PKK-da etimadsızlıq artıb. Ərəb və kürdlərin ayrılması ilə SDG-də təkcə Qəndil terrorçuları qalıb. Təşkilat çözülmə prosesinə girib" deyib.
 
Sual: Türkiyə "bir gecə qəflətən gələ bilərik" deyə bəyan etdiyi Fəratın şərqi əməliyyatına hazırdır. O zaman ABŞ Suriyadan çəkilmə qərarını açıqlayıb. Bu qərarla müəyyən mənada sahədəki vəziyyətin sürətlə dəyişməsi, çəkilmənin yaradacağı boşluq Türkiyənin əməliyyat planlarını dəyişə bilərmi?
 
Cavab: ABŞ-ın Suriyadan çəkilməsinin arxasında əslində iki mühüm amil var. Birincisi, Türkiyənin təkcə Suriya sahəsində deyil, şərqi Aralıq dənizi də daxil, öz geosiyasətində ortaya qoyduğu çoxşaxəli və çox ölçülü strateji tutumdur. Bu tutum siyasi sabitlik və istehsal olunan yerli müdafiə texnologiyaları, o cümlədən milli güc amillərinin sinxronizəsinin və birgə fəaliyyət kombinasiyasının nəticəsidir. İkincisi isə ABŞ-ın yekun hədəfi Çin olan, İrana qarşı əməliyyat hazırlığında körfəzin dizayn edilməsi və daha qlobal hədəflərinə çatmaq üçün bölgədəki ən güclü ölkə olan Türkiyəyə ehtiyacı olmasıdır.
Xüsusilə İdlib-Qəndil arasındakı sahənin TSQ-nin uğurlu əməliyyat və yerləşmələri ilə böyük ölçüdə nəzarət altına alınması, PYD/PKK ilə birlikdə ABŞ-ın Suriyanın şimalındakı manevr sahələrini azaldıb. Onsuz da Əl-Bab, Afrin və İdlib əməliyyatları ilə dənizə çıxışı bağlanılan şimal sektorunda PYD/PKK-nın yaşama şansı azalır, ABŞ üzərindəki maddi-texniki vəsait olduqca artıb. Məhz bu ana qədər tonlarla pul xərcləyib, daha artıq bir şey əldə etmədiyi tənqidi ilə gələcəkdə də daha çox xərcləyib, heç bir şey əldə edə bilmədiyi paradoksu ilə ABŞ-ın davranışı Fəratın şərqindən İraqa çəkilmək istiqamətində oldu. İndilərdə ABŞ İraqda daha böyük bir hərbi varlıq yaratmağa cəhd edir. Təbii ki, bu hazırlığın əsas hədəfi İran, yekun hədəfi Çin kimi görünsə də, bu ikisinin arasında kadrda Rusiyanın da olduğunu görmək lazımdır.
 
Sual: Hərbi cəhətdən daha da əlverişli vəziyyətdədir Türkiyə?
 
Cavab: Türkiyə üçün əməliyyat planlaşdırmaları çox istiqamətli və çox ölçülü olaraq hazırlanmışdır. Türkiyənin hər zaman əlində B, C, D planları var. Və bu planlar daim yenilənir. Bütün ehtimallar, mövcud və qarşılaşılan risklərə qarşı planlaşdırmalar edilir. Məsələn, ikinci Körfəz Müharibəsi dövründə Türkiyəyə yönəlik mümkün risklərə qarşı 89 ayrı hərbi əməliyyat planı verilmişdi. Bu çərçivədə Fəratın şərqinə ehtimal olunan əməliyyatın istiqamətini ABŞ-ın çəkilmə tərzinin müəyyən edəcəyini deyə bilərik.
Əlbəttə, Türkiyənin təhdid prioritetləri də digər mühüm amil olacaqdır. Başlıca olaraq artıq daha da təşkilatlanmış və Suriya Milli Ordusu şəklinə düşməsi üçün böyük bir proses keçmiş olan ASO və digər yerli qüvvələrin dəstəklənərək kritik məqsədlərə yönəldilməsi vasitəsilə məhdud müdaxilələrə bu əməliyyatın birinci mərhələsini yarada bilər. Arxadan əsas hədəflərin arasında qalan ikinci pillədəki sahələrin idarə edilməsi meydançadakı hakimiyyəti təmin edərək regionun terror elementlərindən təmizlənməsi mümkün görünür. TSQ-nin mümkün əməliyyat üçün bölgəyə etdiyi strateji təhcizatdan anladığımız qədərilə Münbiç və Fəratın şərqi bir bölmə olmaqla, Qamışlı regionu, o cümlədən digər sahələrə yönələn  operativ planların olduğunu deyə bilərik.
Müxalifət.az