“Türkiyənin AB-yə üzvlüyünü dəstəkləyirik” - "Patriot"ların qardaş ölkədə qalma müddəti artırılır

Baxış sayı:
8548

"Hazırda "Patriot" sistemlərinin xidmət müddətini daha 6 ay uzatmaq barədə qərar vermək mərhələsindəyik. Türkiyənin Avropa Birliyinə üzvlüyünü dəstəkləyirik. AB-nin də bu durumdan xeyirli çıxacağını düşünürük". Bu açıqlama ilə İspaniyanın Türkiyə səfiri Xuan Qonzalez-Barba çıxış edib. Türkiyənin NATO-dan tələbi üzərinə 2015-ci ildən bəri Adanadakı İncirlik hərbi bazasında İspaniyaya məxsus "Patriot" havadan müdafiə sistemlərinin yerləşdirildiyini bildirən Barba 25 ispan əsgərinin də sözügedən ölkədə xidmət etdiyini vurğulayıb.