Türkiyəli oyunçu ömürlük futboldan uzaqlaşdırıldı

Baxış sayı:
11335

“Amed Sportif Faaliyetler” komandasının oyunçusu Mənsur Çalar ömürlük olaraq futboldan uzaqlaşdırılıb.
Muxalifet.az xəbər verir ki, Türkiyə Futbol Federasiyası belə qərar verib.
Buna səbəb 33 yaşlı yarımmüdafiəçinin "Sakaryaspor"la oyun vaxtı rəqiblərinə ülgüclə xəsarət yetirməsidir.
Federasiya kluba bir matçlıq azarkeşsiz oynamaq cəzası da verib.
Qeyd edək ki, “Amed Sportif Faaliyetler” – “Sakaryaspor” 1:1 hesabı ilə başa çatıb. Görüş ərzində iki komandanın futbolçuları arasında bir neçə dəfə mübahisə düşüb.