Türkiyəli hərbçilərin vurulmasının əsl səbəbi bu imiş... - ŞOK İDDİA

Baxış sayı:
3244

Rusiyanın “Novaya Gazeta” nəşri maraqlı iddia ilə gündəmə gəlib.

Qəzetdə dərc olunan məqaləyə görə, Suriya hökuməti İdlib vilayətində türkiyəli hərbçiləri hədəfə alaraq təxribat törətməklə Ankara və Moskvanı qarşı-qarşıya qoymaq istəyir. Müəllifin sözlərinə görə, Dəməşq adminstrasiyası yaxşı başa düşür ki, Türkiyəni İdlibdən təkbaşına çıxara bilməyəcək.

Bu üzdən gərginlik yaradaraq, Ankaranı Moskva ilə üz-üzə gətirmək istəyirlər. Müəllifə görə, Suriya hökuməti uzun müddətdir bu plan üzərində çalışır.