​Türkiyəli futbolçu İngiltərənin "Arsenal" klubuna TRANSFER OLA BİLƏR

Baxış sayı:
4297

Almaniyanın "Frayburq" klubunda çıxış edən türkiyəli futbolçu Çağlar Söyüncü karyerasını İngiltərənin "Arsenal" klubunda davam etdirə bilər. "Report"un məlumatına görə, bu barədə 22 yaşlı müdafiəçini yetişdirən Türkiyənin "Altınordu" klubunun prezidenti Mehmet Seyid Özkan "Fanatik"ə açıqlamasında deyib. O, Söyüncünün "Arsenal"la razılıq əldə etməyə yaxın olduğunu söyləyib: "London klubu bizdən onun gənclərdən ibarət komandada çıxış etdiyi vaxta dair məlumatlar istəyib". Qeyd edək ki, Çağlar Söyüncü "Frayburq"a 2016-cı ildə 2,65 milyon avro müqabilində "Altınordu"dan keçib. O, Almaniya klubunda 2 mövsüm ərzində 54 oyuna çıxıb və 2 məhsuldar ötürmə ilə yadda qalıb.