Türkiyədən "S-400" və "F-35" açıqlaması

Baxış sayı:
10153

Türkiyənin Xarici İşlər Nazirliyinin sözçüsü Həmid Aksoy "S-400"-lər haqqında açıqlama verib.
 
Aksoyun Türkiyənin "S-400" tədarükünü təxirə salmağı düşünüb-düşünmədiyi haqqında bəzi mətbuat orqanlarında yer alan xəbərlərlə bağlı suala cavabı bu şəkildə olub:

"Son günlərdə bəzi mətbuat orqanlarında Türkiyənin ABŞ-ın tələbindən sonra S-400 tədarükünü təxirə salmağı düşünməsi ilə bağlı olaraq yayılan xəbərlər gerçəyi əks etdirməməkdədir.
Rusiyadan "S-400" tədarük müddətimiz planlandığı şəkildə davam etməkdədir.
Digər tərəfdən, ABŞ-ın "S-400" sisteminin NATO ilə birlikdə çalışa bilməsi və "F-35" sistemlərinə zərər verə biləcəyi mövzusundakı narahatlıqlarını müzakirə etmək üçün ABŞ mövqelərinə çatdırdığımız İş Qrupu toplantısı təklifimiz etibarlılığını qorumaqdadır".

Müxalifət.az