Türkiyə terrorçulara qarşı daha bir genişmiqyaslı əməliyyata başladı - FOTO

Baxış sayı:
3334

Türkiyənin hüquq-mühafizə və təhlükəsizlik orqanları terrorçulara qarşı genişmiqyaslı əməliyyata başlayıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Diyarbakır-Batman arasında keçirilən “Kapan-6 Zori” adlı əməliyyata 1440 jandarma, polis və asayiş keçikçisi qatılıb.

Məqsəd Zori sığınacaq sahəsində gizlənən terrorçuları zərərsizləşdirməkdir.