Türkiyə Superliqası: “Qalatasaray” “Trabzonspor”a qalib gəlib

Baxış sayı:
5320

Futbol üzrə Türkiyə Superliqasının XXI turunda turnir cədvəlinin ikinci pilləsində qərarlaşan İstanbulun “Qalatasaray” komandası öz meydanında “Trabzonspor”la qarşılaşıb.
Qarşılaşmanın 21-ci dəqiqəsində “Qalatasaray”ın yeni transfer olunmuş hücumçusu Mbaye Diaqne onbirmetrlik cərimə zərbəsindən hesabı açıb. Lakin 31-ci dəqiqədə qonaqlar Huqo Rodeleqa vurduğu qolla hesabı bərabərləşdiriblər. Younes Belhanda 45-ci dəqiqədə meydan sahiblərini hesabda irəli çıxarıb.
Birinci hissə bu hesabla bitib. İkinci hissədə Younes Belhanda özünün ikinci, komandasının isə üçüncü qolunu vurub. Oyun 3:1 hesabı ilə İstanbul təmsilçisinin xeyrinə başa çatıb.
Bu gün keçirilən “Konyaspor”-“Yeni Malatyaspor” görüşündə qalib müəyyənləşməyib. “Göztəpə” və “Alanyaspor” qarşılaşmasında isə meydan sahibləri 3:2 hesabı ilə qalib gəliblər.
Hazırda “Başakşəhər” 45 xalla turnir cədvəlinin birinci pilləsində qərarlaşıb. “Qalatasaray” 39 xalla ikinci, “Beşiktaş” isə 36 xalla üçüncü yeri tutur.