Dastin Porye Konor Makqreqoru nokauta saldı - VİDEO

Baxış sayı:
4603

Mütləq Döyüş Çempionatının (UFC) 2 çəki dərəcəsi üzrə sabiq çempionu Konor Makqreqorla Dastin Porye arasındakı görüş başa çatıb.

"Report" xəbər verir ki, Əbu-Dabidə keçirilən döyüşdə Dastin Porye qələbə qazanıb.

Döyüş ikinci raundda texniki nokautla qurtarıb.

Bu, Makqreqorla Porenin ikinci qarşılaşmasıdır. Onlar altı il əvvəl də döyüşüblər, həmin vaxt irlandiyalı qələbə qazanıb.