AVRO-2020: Türkiyə yığması açılış oyununda böyük hesabla uduzdu - YENİLƏNİB

Baxış sayı:
3868

Fitbol üzrə Avropa çempionatına start verilib. "Report"un məlumatına görə, açılış oyununda İtaliya və Türkiyə milli komandaları üz-üzə gəlib. Romadakı "Olimpiko" stadionunda keçirilmiş görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0.

Niderlandlı referi Denni Makkelinin idarə etdiyi qarşılaşmanın ilk yarısında hesab açılmayıb. Bununla belə, aşkar üstünlüyə malik İtaliya millisi 53-cü dəqiqədə fərqlənməyə müvəffəq olub. Növbəti hücumdan sonra Türkiyə yığmasının futbolçusu Merih Demiral topu öz qapsına göndərib.

66-cı dəqiqədə Çiro İmmobile, 79-cu dəqiqədə isə Lorentso İnsinye fərqlənərək, yekun nəticəni müəyyənləşdirib.

Qeyd edək ki, A qrupunda ilk turun digər oyunu iyunun 12-də Bakı Olimpiya Stadionunda Uels və İsveçrə milliləri arasında olacaq. Görüş saat 17:00-da başlanacaq.

***

Futbol üzrə Avropa çempionatının açılış matçında üz-üzə gələcək Türkiyə və İtaliya yığmalarının start heyətləri açıqlanıb.

Komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar;

Türkiyə: 23. Uğurcan Çakır (q), 2. Zəki Çəlik, 3. Merih Dəmiral, 4. Çağlar Söyüncü, 5. Okay Yokuşlu, 6. Ozan Tufan, 9. Kənan Karaman, 10. Hakan Çalhanoğlu, 11. Yusuf Yazıcı, 13. Umut Meraş, 17. Burak Yılmaz (k)

İtaliya: 21. Canluici Donnarumma (q), 3. Kyellini (k), 4. Spinazzola, 5. Lokatelli, 8. Jorjinyo, 10. İnsinye, 11. Berardi, 17. İmmobile, 18. Barella, 19. Bonuççi, 24. Florenzi

Qeyd edək ki, Romadakı “Olimpiko” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

***

Bu gün futbol üzrə Avropa çempionatına (AVRO-2020) start veriləcək.

Turnirə İtaliyanın paytaxtı Romada start veriləcək. İtaliya öz meydanında Azərbaycanda kifayət qədər azarkeş ordusu olan Türkiyə ilə qarşılaşacaq.

Avropa çempionatının favoritlərindən sayılan İtaliya millisində yeganə itki “Roma”nın yarımmüdafiəçisi Lorentso Pelleqrininin əzələ zədəsi üzündən oynaya bilməməsidir. Türkiyə millisində isə hər hansı itki yoxdur.  

AVRO-2020-nin final mərhələsi

I tur

A qrupu

23:00 Türkiyə – İtaliya

Baş hakim: Dani Makeli (Niderland)

Roma. Olimpiya stadionu

Qeyd edək ki, AVRO-2020-nin A qrupu çərçivəsində İsveçrə – Uels (12 iyun), Türkiyə – Uels (16 iyun) və İsveçrə – Türkiyə (20 iyun) oyunları, həmçinin 1/4 final mərhələsinin bir görüşü Bakı Olimpiya Stadionunda keçiriləcək.