Türkiyə millisindən vacib qələbə

DÇ-2018-in seçmə mərhələsinin Avropa zonası üzrə növbəti oyunlar keçirilib
 
8-ci turun son oyun günündə İ qrupunda mübarizə aparan Türkiyə milli komandası doğma azarkeşi qarşısında qrupun lideri Xorvatiya milisi ilə qarşılaşıb.
Mirça Luçeskunun rəhbərlik etdiyi komanda Xorvatiya qarşısında çox əhəmiyyət kəsb edən 3 xalı çətinliklə də olsa qazanmağı bacarıb 1-0. Türkiyəyə 3 xalı qazandıran qolu qarşılaşmanın 75-ci dəqiqəsində Çenk Tosun vurub.
Bu qələbə ilə xalını 14-ə yüksəldən Türkiyə millsi 3-cü pillədə qərarlaşıb. Ukraynanı məğlub edən İslandiya və Xorvatiya milliləri isə 16 xalla ilk 2 yeri tutublar.