Kemal Sunal haqqında sənədli film çəkildi - FOTOLAR
17-11-2019 02:29
Baxış sayı:
6598
Türkiyə kinosunda adını qızıl hərflərlə yazan, məşhur “Yeşilçam” aktyoru Kemal Sunalın həyatı haqqında sənədli film çəkilib. 19 il öncə vəfat edən aktyorun filmi həyat yoldaşı Gül Sunal, övladları Ali və Ezo Sunal tərəfindən hazırlanıb. Aktyorun oğlu Ali Sunal filmdə atasının bu günə kimi heç kəsin görmədiyi şəkil və videolarının təqdim olunacağını bildirib. İki il öncə çəkilişləri yekunlaşan film yaxın günlərdə tamaşaçılara təqdim olunacaq. Qeyd edək ki, Kemal Sunal “Yeşilçam” filmlərində “Şaban” obrazı ilə tanınıb.