Türk səfirdən S-400, F-35 və sanksiyalarla bağlı AÇIQLAMA

Baxış sayı:
5182

Vaşinqtonda Türkiyə-ABŞ İş Şurası ilə Amerikan-Türk Şurası tərəfindən təşkil edilən 37-ci Ortaq İllik Konfransa qatılan Türkiyənin ABŞ-dakı səfiri Kılıç, çıxışında S-400, F-35 və sanksiya məsələsini dəyərləndirib.
 
Kılıc son dövrdə Vaşinqtondakı "Türkiyəyə yönəlik sanksiya" açıqlamalarına diqqəti çəkərək, "ABŞ-ın Türkiyəyə sanksiya tətbiq etməsi, ya da Türkiyənin F-35 proqramından çıxarılıb çıxarılmaması istiqamətindəki müzakirələr qətiliklə ortaq maraqlarımıza xidmət etmir" deyib.
ABŞ-ın son “Patriot” təklifinə də toxunan Kılıç, "ABŞ-ın qısa müddət əvvəl etdiyi “Patriot” təklifi konstruktiv bir addım kimi qiymətləndirilə bilər, ancaq bu çox dar və çox gec atılmış bir addım idi. Çox dar deyirəm, çünki ABŞ burada müttəfiqinə yalnız bir alıcı gözüylə baxır, halbuki Türkiyə müraciətin təqdim olunmasından 17 ay sonra bizə təklif cavabı verildi, o vaxta qədər də biz Rusiya ilə də S-400 müqaviləsini imzaladıq” deyib.
Onun sözlərinə görə, havadan müdafiə sisteminin alınması üçün öncəlik ABŞ-a verilsə də, ABŞ-ın məsələyə münasibətinə görə digər alternativlərin axtarışı ortaya çıxıb.
Kılıc, "S-400 hadisəsi bağlı qapılar arxasında bir gecədə olmadı, bunun bilinən bir keçmişi var. Ayrıca Türkiyənin NATO-da etibarlı bir müttəfiq olaraq görülməsi üçün müdafiə sistemi mövzusunda ABŞ-ın hər təklifini şərtsiz qəbul etməsinin gözlənilməsi də doğru bir yanaşma deyil" deyə söyləyib.
ABŞ səlahiyyətlilərinin ikitərəfli əlaqələrdəki təhdid dilindən istifadə etməsi son dövrdə Konqresin ünsiyyət vasitəsinə çevrilib ki, bu dil üslubu da münasibətlərin düzəlməsinə heç də yardım etmədiyini vurğulayan Kılıç, "ABŞ bu sanksiya dilindən istifadə etməsi tamamilə geri təpəcək bir addımdır" deyib.
Səfir Kılıç həmçinin Brunson məsələsinin həllinə baxmayaraq Amerikanın bu müddətdə ABŞ tərəfindən tətbiq edilən polad və alüminium tariflərinin hələ də qüvvədə olduğunu vurğulayıb və bunun ciddi bir ədalətsizlik olduğunu bildirib.

Müxalifət.az