​“Türk ordusunu dayandırın, vasitəçilik edin” – MƏZLUM KOBANİ ABŞ-dan İMDAT DİLƏDİ

Baxış sayı:
313

ABŞ-ın Türkiyə ilə aramızda vasitəçilik etməsini qəbul edirik.
 
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bunu Suriya Demokratik Qüvvələrinin (SDQ) komandiri Məzlum Kobani adı ilə tanınan Fərhad Abdi Şahin “Le Fiqaro” qəzetinə açıqlamasında deyib. O, artıq prioritetlərinin həbsxanalardakı İŞİD-çilər olmadığını bildirib.
 
SDQ komandiri ABŞ hərbçilərinin bölgədən çəkilməsinin onları məyus etdiyini söyləyib:
 
“ABŞ-ın Türkiyə tərəfindən başladılan müharibəni dayandırılmasına nail olmasını tələb edirik. Müharibə başa çatmasa, ABŞ tərəfindən xəyanatə uğradığımızı düşünəcəyik. Hələlik məyusuq. Bizim gözümüzdə ABŞ-ın etibarı zədələnib”.