​TÜRK NAZİR HƏDƏLƏDİ: “Dünyanı onlara dar edəcəyik”

Baxış sayı:
3160

Uşaq qatilləri bunun bədəlini çox ağır şəkildə ödəyəcəklər.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Tvitter hesabında yazıb.
“Dünyanı onlara dar edəcəyik. Yuvalarını başlarına yıxacağıq”, - nazir bildirib.
Qeyd edək ki, ötən gün Türkiyənin Hakkari vilayətində Nurcan Karakaya adlı vətəndaş maşını ilə keçərkən yola quraşdırılan bombanın partlaması nəticəsində özü və 11 aylıq övladı həlak olub. Hadisənin Karakayanın xidmətdə olan həyat yoldaşını ziyarətdən qayıdarkən baş verdiyi bildirilir.