Türk heyəti ABŞ Konqresində görüşlərə başladı: S-400 məsələsi...

Baxış sayı:
10771

Türkiyənin Xarici İşlər nazirinin müavini Yavuz Səlim Kıran Türkiyə ilə ABŞ arasındakı ikili əlaqələri müzakirə etmək üçün rəhbərlik etdiyi heyətlə ABŞ-ın paytaxtı Vaşinqtonda bir çox ABŞ Konqresinin üzvüləriylə bir araya gəlib. Şimal Karolina senatoru Respublikaçı Tom Tillis ilə bir araya gələn heyət, daha sonra isə Floruda nümayəndəsi, Respublikaçı Francis Rooney, Mississippi nümayəndəsi Respublikaçı Trent Kelly və Tennessee nümayəndəsi Respublikaçı Tim Burchett ilə ayrı-ayrılıqda bir araya gəlib. Diplomatik qaynaqlardan əldə edilən məlumatlara görə, görüşmələrdə ikili əlaqələrlə yanaşı, Türkiyənin S-400 alışı, Suriyada təhlükəsiz bölgənin yaradılması, terrorla mübarizədə əməkdaşlıq və digər regional mövzular müzakirə olunub. Ayrıca görüşmədə, FETÖ başçısı Fətullah Gülən və Türkiyəyə qaytarılması istənən digər FETÖ üzvlərinə bağlı müddət və Türkiyənin bu mövzudakı gözləntilərinin müzakirə olunduğu qeyd edilib. Sabah da Vaşinqtondakı təmaslarını davam etdirəcək olan heyət Konqres üzvləri ilə yanaşı, bir çox vətəndaş cəmiyyət nümayəndəsi və mətbuat nümayəndələriylə bir araya gələcək. Müxalifət.az