TSQ-dan TERRORÇULARA GÜCLÜ ZƏRBƏ - Qəndildə PKK rəhbərlərindən biri vuruldu!

Baxış sayı:
2957

Türkiyənin Milli Kəşfiyyat təşkilatı ilə Türkiyə Silahlı Qüvvələrinin birgə keçirdikləri əməliyyat nəticəsində təşkilatın əsas qərargahının yerləşdiyi Qəndildə qondarma Rəhbərlik Şurasının 7 nəfər üzvündən biri olan Diyar Qərib Məhəmməd və onun iki nəfər mühafizəçisi zərərsizləşdirilib. Hurriyyet.org xəbər verir ki, ilk dəfədir Qəndildə əməliyyat zamanı rəhbər şəxs öldürülüb. Əməliyyatın iyunun 27-də keçirildiyi bildirilir. “Halmat Diyar” kod adlı Qərib Məhəmməd 1973-cü ildə, İraqın Süleymaniyyə şəhərində doğulub.