​Təranə Qumral: “Gözəl oğlanlara mən baxıram, Musa isə...”

Baxış sayı:
1198

Müğənni Musa Musayev sosial şəbəkədən imtina edib.
Muxalifet.az məlumatına görə, ifaçı “Şou-nyus” verilişində bildirib ki, votsapdan, instaqramdan istifadə etmir:
“Mənim mesajdan başım çıxmır. Heç votsap da işlətmirəm. Təranə xanım məni nə qədər öyrədir, öyrənə bilmirəm. Onun votsapı da, instqaramı da ikimizə məxsusdur. Sosial şəbəkədə qız fanatlarım yazıb, bu barədə Təranə xanım məni xəbərdar edib”.
Daha sonra Təranə Qumral danışıb: “Mən onu qısqanmıram. Votsap olsa da, olmasa da, kimə lazım olsa, zəng edəcək. Musanı sevən xanımlar çoxdur. Mən heç bir söz demirəm, çünki xalqın sənətkarıdır, xalqa məxsusdur. Ümumiyyətlə, paxıl, qısqanc adam deyiləm. Niyə qısqanmalıyam ki? Gözəllik yaranıb baxmaq üçün. Gözəl xanımlara da baxır. Gözəl bəylərə də mən baxıram. Biz hər şeyə gözəl baxırıq”.