Tramp "Əsrin xəritəsi"ni yayımladı - Yeniləndi

Baxış sayı:
2272

 
İsrail fələstinlilərlə sülhə doğru böyük addım atır.

Müxalifet.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp İsrail-Fələstin münaqişəsinin nizamlanması üzrə planı təqdim edərkən deyib.Onun sözlərinə görə, fələstinlilər daha yaxşı həyata layiqdirlər, lakin terrorizm aktivliyinin tələsinə düşüblər.Ağ Ev rəhbəri bildirib ki, Yaxın Şərq münaqişəsinin nizamlanmasını nəzərdə tutan 80 səhifəlik plan bu məsələ ilə bağlı ən detallı sənəddir.

Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq.
Bu sözləri ABŞ Prezidneti Donald Tramp deyib."Bu plana ("Əsrin müqaviləsi" sənədinə - red.) əsasən, Qüds bölünməz paytaxt qalacaq, bu çox əhəmiyyətlidir", - Ağ Ev rəhbəri bildirib.
***
Tramp “Əsrin müqaviləsi”ndə nəzərdə tutulan İsrail-Fələstin sərhədlərinin xəritəsini Tvitter səhifəsində paylaşıb.