Tramp-Kim görüşündə niyə anlaşma olmadı? – ABŞ PREZİDENTİNDƏN AÇIQLAMA

Baxış sayı:
9325

ABŞ prezidenti Trampın Şimali Koreya lideri Kim Yong-la zirvə görüşündən sonar dövlət katibi Mayk Pompeo ilə birgə mətbuat konfransı keçirib.
 
Tramp görüşdə anlaşmanın əldə olunmamasının səbəblərini açıqlayıb:
"Kim Jong ilə çox yaxşı müsbət zaman keçirdik. Pompeo ilə mən bir şeyin imzalanmasının yaxşı olmayacağını düşündük. Kim Jong maraqlı bir xarakterdir. Bir çox variantımız var idi, bu anda bu variantların heç birini istifadə etməmək qərarı aldıq. Çox maraqlı iki gün keçirdik. Bəzən masadan uzaqlaşmaq lazımdır. Şimali Koreya ilə hər hansı bir razılaşma imzalamama qərarı aldıq. Razılaşma 'istədiyimiz hər şeyi etmədikləri üçün' olmadı. Onlar özlərinə tətbiq olunan sanksiyaların hamısını qaldırılmasını istədi. Sanksiyaların qaldırılmasına hazır deyildik. Bu da bizi razılaşmadan uzaqlaşdırdı. Hadisə sanksiyalarla əlaqədar idi. Müəyyən bir nöqtədə anlaşacağımızı düşünürük. sanksiyaların qaldırılmasına cavab, nüvə silahlarından imtina edilməsi və ləğv olunmasını istədik, amma buna hazır deyillər. Ölkəni qarış-qarış tanıyırıq, istədiyimizi almalıyıq, başqa yolu ola bilməz. Bu təkcə mənim qərarım deyildi. Biz əlaqələrimizi davam etdirmək istəyirik. Kim Jong dünən mənə nüvə və raket sınağı etməyəcəklərini söylədi. Mayk onlarla yaxşı əlaqələr ortaya qoydu, bundan sonar da davam edəcək "deyib.
ABŞ-ın xarici işlər naziri Mayk Pompeo isə, "ABŞ-ın istədiyi bir nəticəyə çata bilmədik, daha çox şey istədik onlardan, ancaq hazır deyildilər. Prezident də söyləmişdi, bu həll zaman alacaq demişdi. İşə davam edəcəyik. Bütün dünyanın istədiyi Şimali Koreyanın nüvə təmizlənilməsini təmin edəcəyik. Liderlərin görüşü müsbət idi".

Müxalifət.az