Tramp Avropa İttifaqından gileyləndi - “ÖZÜNÜ ABŞ-IN DÜŞMƏNİ KİMİ APARIR”

Baxış sayı:
4957

“Rəsmi Vaşinqtonun müttəfiqlərindən heç biri ABŞ-a qarşı özünü Avropa İttifaqı qədər düşmən kimi aparmır”.

ABŞ prezidenti Donald Tramp bunu CBS telekanalına müsahibəsində deyib.

"Müttəfiq kimdir? Çoxları ilə gözəl münasibətlərimiz var. Amma heç kim bizə qarşı özünü Avropa İttifaqı kimi pis aparmır. Avropa İttifaqı ticarət sahəsində bizdən istifadə etmək üçün yaradılmışdı və onlar da məhz bunu etdilər", - D.Tramp deyib.

Aparıcının bu ifadələrin düçmənçilik xarakterli olduğunu bildirməsinə cavabında ABŞ lideri söyləyib: "Bilirsiniz, düşmənçilik nədir? Onların bizə qarşı necə davranmalarıdır. Biz düşmənçilik eləmirik... Uzun illər ərzində məhz biz "axmaq ölkə" durumunda olmuşuq".(Report”)