Tramp ABŞ-ın İraqdakı səfirliyinə hücumun təşkilində İranı ittiham etdi

Baxış sayı:
1423

Prezident Donald Tramp ABŞ-ın İraqdakı səfirliyinə hücum edilməsinə münasibət bildirib.
Muxalifet.az TASS-a istinadən bildirir ki, o, "Twitter" səhifəsində hadisələrin arxasında İranın olduğunu yazıb.
"İraqdakı səfirliyimizə hücumun arxasında İran durur. İran ABŞ-ın muzdlu hərbçisini öldürdü və bir çoxunu da yaraladı. Bizim cavabımız da sərt oldu və hər zaman da belə olacaq. İndi də İran ABŞ-ın İraqdakı səfirliyinə hücum təşkil edir və buna görə məsuliyyət daşıyır. Bu baxımdan, İraqdan diplomatik korpusumuzun təhlükəsizliyini bütün vasitələrlə qorumağı tələb edirik", - D.Tramp yazıb.
Qeyd edək ki, ABŞ hərbçiləri diplomatlara hücuma qarşılıq olaraq İranın dəstəklədiyi “Haşdi Şabi” silahlı qruplaşmasına bağlı Hizbullah-ın İraqdakı üç mövqeyinə hava zərbəsi endirib. Nəticədə 28 nəfər ölüb, 48 nəfər yaralanıb. ABŞ-ın İraqdakı səfirliyinin qarşısında da etirazlar bu səbəbdən başlayıb.
Muxalifet.az