Tiflisdə etiraz aksiyası davam edir - 6 NƏFƏR SAXLANILDI

Baxış sayı:
8063

Tiflisdə parlament binası və Milli Kitabxana qarşısında davam edən aksiyalarda saxlanılanlar var.

Rosbalt.ru xəbər verir ki, polis aksiya iştirakçılarından 6 nəfəri həbs edib. Onlar “Leyboristlər” partiyasının üzvləridir. Saxlanılanlar "itaətsizlik” və “dələduzluq”da ittiham olunurlar.

Qeyd edək ki, mitinqçilər noyabrın 28-də parlament binasının girişini tutmağa cəhd etmişdilər. Onlar parlamentdə proporsional seçki sisteminə keçilməsini tələb edirlər.