TİFLİSDƏ ETİRAZ AKSİYASI BAŞA ÇATDI - Tələblər dəyişməz qalıb / YENİLƏNİB

Baxış sayı:
4278

Tbilisidə parlament binası qarşısında keçirilən aksiya başa çatıb.

"Report" xəbər verir ki, təşkilatçılar aksiyanın iyunun 30-da saat 19:00-da bərpa olunacağını elan ediblər.

Sayca 11-ci olacaq aksiyanın daxili işlər naziri Giorgi Qaxarianın istefası ilə bağlı tələbi dəyişməz qalacaq.

***

Xəbər verdiyimiz kimi, iyunun 29-da Tbilisidə müxalifət “Azadlıq yürüşü” keçirib.

Tbilisi Filarmoniyasının qarşısından və Birinci Azadlıq Meydanından başlayan yürüş Azadlıq Meydanında başa çatıb.

Sonra yürüş iştirakçıları parlamentin binası önündə toplaşıblar. Yürüş aksiya ilə davam edir.

“İnterfaks”ın yazdığına görə, aksiyaya Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvilinin həyat yoldaşı Sandra Rulofs rəhbərlik edir.

Bildirilir ki, o, yürüş vaxtı da etirazçıların ön sıralarında olub.

Xatırladaq ki, yürüş və aksiya iştirakçılarının əsas tələbi Daxili İşlər naziri Giorgi Qaxarianın istefasıdır.

***
İyunun 29-da Tbilisidə müxalifət “Azadlıq yürüşü” keçirib.

Belə ki, Tbilisi Filarmoniyasının qarşısından və Birinci Azadlıq Meydanından başlayan yürüş Azadlıq Meydanında başa çatıb.

Yürüşdə əsas tələb Daxili İşlər naziri Giorgi Qaxarianın istefası olub. Yürüş "Qaxaria get", "Rusiya işğalçıdır", "Yaşasın Gürcüstan" şüarları altında keçirilib.

Sonra yürüş iştirakçıları parlamentin binası önündə toplaşıblar. Yürüş aksiya ilə davam edir. İştirakçıların sayının artacağı gözlənilir.

Tbilisinin mərkəzi Rustaveli prospekti bağlanıb.