Terrorla mübarizədə Rus-Türk işbirliyi

Baxış sayı:
2314

Rusiya parlamentinin alt qanadı Dumanın Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin rəhbəri Vasili Piskarev, Rus və Türk deputatların terrorizm və narkotiklərlə mübarizədə səyləri birləşdirəcəyini deyib.
 
Piskarev, "Kiber təhlükəsizlik məkanı yaratmaq məsələsi ilə bağlı birgə təhlükəsizliyimiz üçün səylərimizi birləşdirəcəyik. Bu məsələlər parlament başçılarının görüşündə müzakirə olunub" deyib.
 
KOMİTƏLƏR ARASI ƏMƏKDAŞLIQ
 
Dumanın Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Komitəsi olaraq Türkiyədəki aidiyyatı komitəylə əməkdaşlıq edəcəklərini bildirən Piskarev, deputatların terrorizm və narkotiklərlə mübarizə məsələlərinə yönəlcəyini vurğulayıb.
Müxalifət.az