​Teatra yenə “Yağış” yağır

Baxış sayı:
4657

Martın 17-də saat 20:00-da ADO Teatrı növbəti dəfə "Yağış, yağış, yağış" adlı tamaşasını göstərəcək.
Qeyd edək ki, tamaşanın rejissoru Elza Furtado, aktyoru Elmin Bədəlovdur. Nümayiş Fransanın məşhur, modern dramaturqu kimi tanınan Bernar-Mari Koltesin “Meşələrin astanasındakı gecə” pyesi əsasında hazırlanıb. Belə ki, Fransanın Azərbaycandakı Səfirliyi ilə Azərbaycan Fransa İnstitutunun təşəbbüsü və maliyyə dəstəyi ilə “Meşələrin astanasındakı gecə” pyesi Azərbaycan dilinə ilk dəfə tərcümə olunub. Əsəri Fransız dilindən Azərbaycan dilinə Gülnarə Sadıxova tərcümə edib. Tərcümənin redaktoru isə Minaxanım Əliyevadır./Huriyyet.org