Tədqiqatçı: CIA müttəfiqlərə verilən raketləri məhdudlaşdırmaq yolunu icad edib

Baxış sayı:
1585

ABŞ Mərkəzi Kəşfiyyat Agentliyi (CIA) anti-təyyarə raketlərininn Amerika əllərindən çıxdıqdan sonra imkanlarını məhdudlaşdıracaq texnologiya icad edib. Hollandiyalı tədqiqatçının üzə çıxardığı bu məlumat ABŞ rəhbərliyinin qüdrətli silahları daha çox tezlikdə müttəfiqlərlə paylaşmasına yol aça bilər.
Alim Jos Vetselzin sözlərinə görə, yeni texnologiya MANPAD abreviyatürası ilə tanınan çiyində daşınan raketlər üçün nəzərdə tutulub. Vetselz bu açıqlamanı Leipzigdə kiber-təhlükəsizlik konfransında verib.
CIA-in icad etdiyi ağıllı silahlara nəzarət sistemi raketlərin yalnız konkret vaxt və məkan çərçivəsində işlədilməsinə imkan verir. Cihazın spesifik coğrafi zonadan kənardan qeyri-işlək hala salınmasına texnoloji terminologiyada “geo-hasarlama” deyilir.
Döyüş meydanını tərk edən silahların qeyri-işlək hala salınması cəlbedici amil ola bilər. ABŞ müttəfdiqlərinə verilən bü cur silhlar çox zman amüharibələrin udulmasına yardımçı ola bilər, lakin bəzi hallarda onlar itir, satılır, yaxud ekstermistlərin əllərinə düşür.

ABŞ-ın təchiz etdiyi "Stinger" raketləri ilə silahlanmış əfqan üsyançılar sovet helikopterlərini və təyyarələrini vurmaqda effektiv idilər.
'Stinger' adlanan MANPAD silahları 1980-90-cı illərdə sovet qoşunlarının Əfqanıstandan vurulub çıxarılmasında əhəmiyyətli rol oynamışdı.
Lakin o vaxtdan bəri ABŞ hökuməti son model silahların əllərdən yığışması üçün milyardlarla dollar xərcləməli olub.
Vetzels CIA dizaynının praktikada tətbiq edilib-edilmədiyinə aydınlıq gətirməyib, lakin o, qeyd edib ki, geo-hasarlama metodunun iə salınması Suriyada Bəşar əl-Əsəd hökumətinə qarşı döyüşən üsyançılara MANPAD raketlərinin verilməsi ilə eyni perioda təsadüf edir.
Geo-hasarlama raketlərin Suriyadakı döyüş meydanlarından kənarda işləməməsini təmin etmək üçün effektiv vasitə ola bilərdi.
CIA məlumatı şərh etməkdən imtina edib.
Muxalifet.az