Tanımadığı şəxslə kafedə mübahisə etdi, bıçaqlandı - BAKIDA

Baxış sayı:
7251

Bakıda bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Nizami rayonundakı kafelərdən birinin qarşısında qeydə alınıb.

1973-cü il təvəllüdlü Əzizov Vasif əvvəlcə tanımadığı şəxslə kafedə mübahisə edib. Mübahisə sonra kafenin qarşısında davam edib. Nəticədə V.Əzizov bıcaqlanıb.

Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı V.Əzizovun bədənində çoxsayli kəsilmiş-deşilmiş yaralar aşkarlanıb və o cərrahi əməliyyat edilib.

Polis hadisənin təfərrüatını araşdırır.