Sudanda çevriliş! Prezident Ömər Əl Bəşir həbs olundu

Baxış sayı:
8530

 Sudanda ordu dövlət televiziyasının binasını mühasirəyə alıb və bəzi əsgərlər içəri girib. Sudanın müdafiə naziri Avad bin Avf dövlət başçısı Ömər Əl Bəşirin həbs olunduğunu və təhlükəsiz bir yerdə saxlanıldığını bildirib. Ölkəni qurulacaq hərbi şuranın idarə edəcəyini, 3 ay ərzində ölkədə fövqəladə vəziyyət elan ediləcəyini bildirib. Konstitusiyanın hökmünün təxirə salındığını, seçkinin keçid dövründən sonra keçiriləcəyi bildirilib. Sudanlı aktivistlər müdafiə naziri Avad bin Avfa qarşı etiraz aksiyalarının davam etdirilməsinə çağırıb.
Müxalifət.az